backend

Ermənistan “dəmir tələ”də

Ermənistan “dəmir tələ”də














Rəsmi İrəvan siyasətini dəyişməyincə regional oyunçu kimi layihələrə cəlb edilməyəcək

Bu günlərdə Rusiya və Abxaziya arasında strateji əməkdaşlıq haqqında razılaşma imzalandıqdan sonra prezident Vladimir Putin bildirib ki, Abxaziyanın mövqeyindən asılı olaraq, Rusiya Gürcüstana və Ermənistana tərəf dəmir yol əlaqəsi proqramını həyata keçirməyə hazırdır
Erməni mətbuatında dərc olunan yazıda Rusiyanın yeni dəmir yolu layihələrinin xoş görüntü yaratmasına baxmayaraq, bunun reallıqdan uzaq olduğu, həmçinin Ermənistanın özləri və ruslar tərəfindən "dəmir tələ”yə salınması izah olunur.
Yazıda deyilir ki, söhbət Rusiya-Abxaziya dəmir yolunun istismarına hazırlıqdan gedir. Bu dəmir yolu Ermənistan üçün çox əhəmiyyətlidir, çünki, bu, Rusiya bazarına malların ixracı məsələsində daha çox əlverişli nəqliyyat şəraitinə malik olmağa icazə verəcək. Bundan başqa, ticarət nöqteyi-nəzərindən abxaz dəmir yolunun mövcudluğu Ermənistan-İran dəmir yolu xəttini daha cazibədar edəcək.
Amma burada Abxaziyanın statusu məsələsi problem yaradır. Belə ki, Gürcüstanın öz tələbləri və qiymətləndirilmələri var. Məhz Rusiya-Abxaziya müqaviləsinin imzalanmasından sonra Gürcüstan prezidenti bildirdi ki, bu hərəkət Gürcüstana qarşı başqa formada təcavüzdür. Digər tərəfdən, nəzəri cəhətdən anlamaq mümkün deyil ki, münaqişənin mövcudluğuna baxmayaraq, tərəflər nəqliyyat kommunikasiyalarının istismarı haqqında razılığa gələcək. Siyasi münaqişələr səbəbindən iqtisadi əməkdaşlığın qarşısı alınacaq.
Məqalədə göstərilir ki, regionda indi digər böyük layihə - Bakı-Tiflis-Qars həyata keçirilir. Bu, Ermənistanı blokadaya salan layihədir, ancaq Cavaxetiyadan keçir. Demək, faktiki olaraq, Cavaxetiya sakinlərinin ictimai-iqtisadi vəziyyəti yaxşılaşmasına imkan yaradacaq və beləliklə, bu bölgəyə ermənilərin iddiası puç olacaq.
Yazıda deyilir: "Öz növbəsində çox əhəmiyyətlidir ki, Ermənistan əvvəlcə dəqiqləşdirsin, o, regionda nə istəyir, nə təqdim edir, hansı gündəliyə, hansı konsepsiyaya və regional siyasətin hansı strategiyasına malikdir. Əgər Ermənistanda bütün bunlar yoxdursa, onda çətin ki, regional oyunçu kimi müvəffəqiyyətə nail olsun”.