backend

SON ANDA! “ Anamı öldürəcəklər” deyə HARAY QOPARAN jurnalistin anası elə gün rəhmətə getdi - Məhkəmə təxrə salındı

SON ANDA!  “ Anamı öldürəcəklər” deyə HARAY QOPARAN jurnalistin anası elə  gün rəhmətə getdi - Məhkəmə təxrə salındı

Səhiyyə Nazirliyinin qarşısında soyunaraq etiraz edən jurnalist Teymur Kərimovun nazirlik tərəfindən məhkəməyə verilməsi ilə bağlı məlumat vermişdik. Jurnalistlə bağlı Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə qaldırılan iddia üzrə bu gün məhkəmə baxışı olub.
“Yeni Sabah” xəbər verir ki, medianın buraxılmadığı məhkəmə iclasından sonra o, açıqlama verib. Bildirib ki, məkhəmə 1- ci gün saat 11 üçün təyin olunub. Onun sözlərinə görə vəkillər bir neçə vəsatət veriblər:
“Vəsatətin təmin olunub-olunmadığını hələ bilmirik. I gün saat 11-də bilinəcək. İddiaya görə, mən Azərbaycan səhiyyəsinə kölgə salmışam. Azərbaycan səhiyyəsi yüksək vəziyyətdədir, guya mən yalandan demişəm ki, maddi-texniki vasitələr çatmır. Halbuki faktların hamısı diskdədir, hakim icraata götürərsə, bu diskdə təqdim edəcəyəm.
Yəni rüşvət faktlarının olmadığını bildirirlər. Ümumiyyətlə, “Youtube”da, digər sosial şəbəkələrdə “Azərbaycan səhiyyəsində rüşvət” yazsanız qarşısınıza kifayət qədər videolar çıxacaq. Nədənsə Oqtay Şirəliyev və onun vəkili, Azərbaycan dövləti səhiyyənin hansı vəziyyətdə olduğunu görmür. Yəni bu qədər insanlar mənim çağırışımla gəliblər. Səhiyyənin pis günə qoyduğu insanlar var. Bu qədər canlar alınır, görmürlərmi?”
Jurnalist anasının dünən axşam saat 12-dən Reanimasiya şöbəsinə yerləşdirildiyini vurğulayıb:
“Bilmirəm gəlib Oqtay Şirəliyevlə dava aparım, yoxsa anamın bu vəziyyəti ilə mübarizə aparım. 14-15 gün keçib, görün bunlar nə qədər abırsızdırlar ki, dünən o boyda xəstəxanada hava balonuna taxılan şlanqı mənə aldırdılar. Onun da videosu var. 2,4 manata aldım, mahiyyətli bir şey olmasa da, amma demək bu xəstəxanada yoxdur.
Hələ bilmirəm anamın vəziyyəti necə olacaq, bu haqda məlumat verəcəm. Amma səhiyyədən əziyyət çəkənlərin hamısını 1 –ci gün Nəsimi rayon məhkəməsinin önünə dəvət edirəm. Ümid edirəm ki, Babək Pənahov bu iddianı əsassız sayaraq, icraata qəbul etməyəcək. Mən də anamın işləri ilə məşğul olacam.
Əvvəl də demişdim ki, Azərbaycan səhiyyəsinə güvənmirəm, indi də deyirəm. Bunun üçün digər ölkələrdə yaşayan Azərbaycanın qeyrətli övladlarına səslənirəm. Mənim iddia etdiyim bütün faktlara görə, səhiyyə məni məhkəməyə verirsə, güman ki, yaxın günlərdə anamı öldürəcəklər. Dəqiqliklə deyə bilərəm ki, anamı Azərbaycan səhiyyəsi öldürəcək və artıq öldürmək üzrədir. Çox xahiş edirəm anama müalicəsini xaricdə almasına köməklik göstərsinlər”.

p.ş;
Qan xərçəngindən əziyyət çəkən jurnalist Teymur Kərimovun anası bu gün rəhmətə gedib.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumat jurnalistin dostları tərəfindən sosial şəbəkələrdə yayılıb. Verilən məlumata görə, bu gün həm də jurnalistin məhkəməsi olub. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Vəkillərin Səhiyyə Nazirliyinin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.

Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.

Şirəliyev isə Azərbaycan səhiyyəsinin biabırçı durumunu düzəltmək əvəzinə doğru söyləyənləri susdurmağa çalışmaqla məşğuldur. Görəsən Şirəliyev və ətrafı nə vaxta qədər səhiyyəmizin inkişafının qarşısında bir dağ kimi dayanacaq?



QAYNARXETT.AZ