backend

ABŞ-dan Azərbaycan hökumətinə çağırış

ABŞ-dan Azərbaycan hökumətinə çağırış











“Azərbaycan hökumətinin beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq”

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtondakı gündəlik bruifinqdə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərdən narahatlıq ifadə edib.
“Amerikanın səsi”nin Dövlət Departamentindəki müxbirinin “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılması haqda sualını cavablandıran Cen Psaki Azərbaycan hökumətini fundamental insan haqlarına əməl etməyə çağırıb.
“Biz Azərbaycan hökumətinin insan haqlarına dair özünün beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq” – deyib Dövlət Departamentinin sözçüsü, – Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq”.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə öz stabillik və firavanlığını ən yaxşı bir şəkildə təmin edə bilər.