backend

AGSU. Ənvər Seyidəliyev Nuran kəndində vətəndaşları qəbul edib

AGSU. Ənvər Seyidəliyev Nuran kəndində vətəndaşları qəbul edib

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nuran kəndində vətəndaşları qəbul edib.

Səyyar qəbulda vətəndaşlar həyətyanı və kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin ayrılması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən tikintisinin icrası, kənd ərazisindəki yararsız elektrik verilişi dayağlarının dəyişdirilməsi, taxıl biçini ilə əlaqədar kombaynlarla təminatın yaxşılaşdırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.

Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.


AGSU. Ənvər Seyidəliyev Nuran kəndində vətəndaşları qəbul edib

QAYNARXETT.AZ