backend

Bakıda xəstəxananın həyətində DƏHŞƏT - BOĞAZI KƏSİLƏN QADIN ÖLDÜ (YENİLƏNDİ)

Bakıda xəstəxananın həyətində DƏHŞƏT - BOĞAZI KƏSİLƏN QADIN ÖLDÜ (YENİLƏNDİ)

Bakıda xəstəxananın həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən qadın vəfat edib.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarında Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən həmin xəstəxananın qeydiyyat şöbəsinin əməkdaşı, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.

İşlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın tibbi müdaxilələrə baxmayaraq keçinib.

Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalar aparılır.