SON DƏQİQƏ! Qarabağda müharibə gedir, hərəkətə keçməliyik!

Siyasət 11-06-2019, 00:49
SON DƏQİQƏ!  Qarabağda müharibə gedir, hərəkətə keçməliyik!
Ermənistan Müdafiə naziri David Tonoyanın Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı göstəriş verməsi və İrəvanın bunu etiraf etməsi onların işğalçılıq siyasətini bir daha gözlər önünə sərir.

Bu sözləri millət vəkili Fazil Mustafa Ermənistan tərəfinin Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlunu şəhid etməsi və bunun həmin ölkənin müdafiə nazirinin göstərişi olması barədə Axar.az-a danışarkən deyib.

O bildirib ki, belə təxribatlar cavabsız qalmamalı və düşmənə ağır şəkildə cavab verilməlidir:

“Ermənistan tərəfi onsuz da atəşkəs rejiminə əməl etmir. Buna görə də Azərbaycan tərəfi düşmənə daha çox zərbə endirməlidir. Biz onları torpaqlarımızı işğal etdiyinə peşman etməliyik. Müharibə gedir və müharibənin də öz qayda-qanunları var. Biz də müharibəni qaydalarına uyğun şəkildə aparmalıyıq. Düşmənin təxribatlarına lazımi cavabı vermədikcə belə hallar hələ tez-tez yaşanacaq. Çünki düşmən tərəfi öz xain əməllərinə sadiq qalıb və hər zaman belə təxribatlara əl atacaq. Buna görə də biz şəhid olan hər bir Azərbaycan əsgərinin əvəzinə on erməni əsgərini məhv etməliyik ki, onlar ordumuza qarşı təxribatlarının cavabsız qalmayacağını anlasınlar”.

Qeyd edək ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.
Oxunub: 4 715
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930


ILK-10