backend

“BİZ ZƏNGİLAN İCRA BAŞÇISININ NƏ ADINI BİLİRİK, NƏ DƏ HARADA OTURDUĞUNU”-ŞİKAYƏT

“BİZ ZƏNGİLAN İCRA BAŞÇISININ NƏ ADINI BİLİRİK, NƏ DƏ HARADA OTURDUĞUNU”-ŞİKAYƏT

İmkan düşən kimi xalqın arasına çıxan, selfi çəkdirən, problemlərini dinləyən, səmimi görüşləri, söhbətləri ilə yaddaşlarda qalan ölkə başçısı İlham Əliyevin du addımı əslində bütün məmurlar üçün bir örnək olmalıdır.

Təbii ki, prezidentin bu səmimiliyini, vətndaşlara olan diqqət və qayğısını hər kəs gördüyü kimi, yüksək postlarda oturan məmurlar da görməmiş deyil. Amma nədənsə bu məmurlar heç kreslolarından qalxmaq niyyətində deyillər. İstər nazirlərin, istərsə də icra başçılarının səmimi olaraq xalq arasına çıxmalarını, səmimi söhbətlərini və ən nəhayət problemləri dinləmələrinin, həllinə çalışmaqlarının şahidi olmuruq.

Bu günlərdə Bizimxeber.az-a daxil olan şikayət məktublarının birində belə bir cümlə var. Zəngilandan olan məcburi köçkünlər yazır ki, “Biz Zəngilan icra başçısının nə adını bilirik, nə də harada oturduğunu. Küçədə görsək belə tanımarıq. Çünki, o bizi tanımır, gəlmir, dinləmir, problemlərin həlli üçün çalışmır. Yalnız öz biznesinin, işinin gücünün həlli ilə məşğuldur. Bir də 5-10 adamı var, istəyəndə onları çağırıb söhbət edir və adını da qoyur ki, zəngilanlılarla görüşdüm… “.

Sözün həqiqi mənasında ciddi və həssas məsələdir. Əslində demək olar ki, əksər icra başçıları eyni vəziyyətdədir və onlar üçün ancaq kreslo var.

Amma öz elindən, obasından didərgin düşən insanları tək qoymaq, onların problemləri ilə ən maraqlanmamaq sözün həqiqi mənasında biabırçılıqdır. Onların dərdləşməyə, söhbət etməyə, kiçik problemlərinin həll olunması üçün icra başçısına ehtiyacları var.

Şikayət məktubundan daha bir sitat: “Biz inanmırıq ki, sizə yazdığımız məktub saytınızda işıqlandırılsın. Çünki, Ramiz Həsənov mətbuatı qidalandırır ki, ondan heç kim heç nə yazmasın…”.

Sən demə Ramiz Həsənov özünə yaxın olan mətbuat adamları vasitəsi ilə onunla bağlı bir cümlə belə yazılmasına imkan vermir. Sakit səmirsiz qalmaqla vaxt udur. Əcəba, icra başçısı Ramiz Həsənov niyə zəngilanlılarla görüşmür, onları dinləmir? Əgər görüşürsə bu görüşlər harda baş verir ki, Zəngilandan olan insanların xəbəri olmur. Yaxud Ramiz Həsənov bu görüşlərini niyə mətbuatda işıqlandırımasını istəmir?

Axı yuxarıda da qeyd etdiyimiz kimi, ölkə przidenti insanların yanındadı, görüşlər keçirir, istidə, soyuqda, yağışda, qarda rayonlara səfər edirsə bəs bu icra başçıları nədən otaqlarından çıxmır? Bu suala bəlkə Zəngilanın icra başçısı elə Ramiz Həsənov cavab verə bilər. Bəlkə bu sualın hansısa bizim bilmədiymiz cavabı da var…

Hər halda Bizimxeber.az-ın elektron ünvanına daxil olan bir neçə cümləlik müraciəti – “Biz Zəngilan icra başçısının nə adını bilərik, nə də harada oturduğunu. Küçədə görsək belə tanımarıq. Çünki, o bizi tanımır, gəlmir, dinləmir, problemlərin həlli üçün çalışmır.

Yalnız öz biznesinin, işinin gücünün həlli ilə məşğuldur. Bir də 5-10 adamı var, istəyəndə onları çağırıb söhbət edir və adını da qoyur ki, zəngilanlılarla görüşdüm… “. Və biz inanmırıq ki, sizə yazdığımız məktub saytınızda işıqlandırılsın. Çünki, Ramiz Həsənov mətbuatı qidalandırır ki, ondan heç kim heç nə yazmasın…” formalı müraciəti işıqlandırdır.

Odur ki, məlumatı işıqlandırmaq, içtimailəşdirmək bizə, icra başçısı Ramiz Həsənovu tapmaq isə sizə düşər.

Bizimxeber.Az