backend

Kəndə divan tutuldu – Kütləvi ölüm

Kəndə divan tutuldu – Kütləvi ölüm

Nigeriyada naməlum şəxslərin silahlı hücumunda həlak olanların sayı 43 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, Sokoto şəhərində yerləşən kəndlərdən birində baş vermiş olay nəticəsində ölü sayının artacağı bildirilib.

Hücumlarda 100-dən çox mal-qaranın tələf olduğu, minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı vurğulanıb.

Olaydan sonra 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.