TƏCİLİ! "Bizim Ermənistanla tarix və dil baxımından yaxınlığımız çoxdur" - Qazaxıstanın yeni prezidenti GÜL VURDU

gundem / Siyasət / Dunya 11-06-2019, 21:52
TƏCİLİ! "Bizim Ermənistanla tarix və dil baxımından yaxınlığımız çoxdur" - Qazaxıstanın yeni prezidenti GÜL VURDU

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayev mətbuat konfransında çıxış edərək, Ermənistanla qarşılıqlı münasibətlərin inkişafına öz baxışından danışıb.

Virtualaz.org “Forbes Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı “Amerikanın səsi”nin jurnalistinin sualına cavab verərkən Tokayev deyib:

“Ermənistana böyük simpatiya ilə yanaşıram, bu yaxınlarda Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Anladığım qədərilə təbrik etmək üçün. Biz konkret layihələr üzrə əməkdaşlığımızı zənginləşdirmək razılığına gəlmişik. Bizim Ermənistanla tarix və hətta dil baxımından yaxınlığımız çoxdur. Buna görə də, gələcək əməkdaşlığa nikbinliklə baxıram. Şübhə etməyin ki, bizim tərəfimizdən, Qazaxıstan tərəfdən əməkdaşlığın möhkəmlənməsi üçün hər şey ediləcək”.
Oxunub: 197
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930


ILK-10