backend

Tanınmış şair Murad Köhnəqala həbs edildi - SƏBƏB

Tanınmış şair Murad Köhnəqala həbs edildi - SƏBƏB

Tanınmış şair Murad Köhnəqala həbs edilib.

Bakupost-ın məlumatına görə, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşının şikayəti əsasında həbs olunub.

Tovuz rayon məhkəməsi şairin keçmiş həyat yoldaşına 12 min manat aliment borcunun olduğuna qərar verib və onun haqqında həbs qərarı çıxarıb.