backend

SON DƏQİQƏ! Məşhur hotelin meneceri 14 yaşlı qızla cinsi əlaqədə oldu – İNDİ ONU...

SON DƏQİQƏ! Məşhur hotelin meneceri 14 yaşlı qızla cinsi əlaqədə oldu – İNDİ ONU...

16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az-ın məlumatına görə, N. Əhmədovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, "Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək işlədiyi hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə, həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.

Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb.

N. Əhmədov barəsində Cinayət Məcəlləsinin 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham irəli sürülüb.