backend

Bakıda məktəbli özünü sevdiyi qıza görə öldürdü

Bakıda məktəbli özünü sevdiyi qıza görə öldürdü






















“Ata, bağışla məni”.

Bakıda məktəbli intihar edib.

qaynarxett.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asıb. Onun meyitini ailə üzvləri aşkar edib.

Vesti.Az saytının məlumatına görə, gənc oğlan intihar etməzdən əvvəl məktub yazıb. Məktubdan aydın olur ki, məktəbli özünü qarşılıqsız sevgiyə görə öldürüb.

O, həmçinin yazıb:

“Ata, bağışla məni. Daha belə yaşaya bilmirəm!”.

O, 113 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.