backend

Növbəti hücum: tankerlər partladıldı – Savaş başlayır?

Növbəti hücum: tankerlər partladıldı – Savaş başlayır?

Oman körfəzində İngiltərə ordusunun “Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları Qurumu”na aid xam neft daşıyan, Marşal adaları bayrağı ilə üzən “Front Altair” və Panama bayrağı ilə üzən “Kokuka Courageous” adlı tankerlerdə partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayışdan sonra hər iki tanker körfəz ətrafındakı ölkələrə təcili yardım çağırışı ediblər, tankerlərdən biri batmağa başlayıb.

Hər iki gəminin heyəti təxliyə edilib.

Tayvanın CPC şirkəti də eyni bölgədə özlərinə aid bir tankerin naməlum cisim tərəfindən vurulduğunu açıqlayıb. Bununla yanaşı Norveçin “Frontlayn” şirkətinə məxsus başqa bir tankerin də Fuceyra yaxınlığında torpedo hücumuna məruz qaldığı qeyd edilib.