backend

Rusiya İdlibdəki terrorçuları vurub! – Türkiyənin xahişi ilə

Rusiya İdlibdəki terrorçuları vurub! – Türkiyənin xahişi ilə

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu ölkənin hərbi-kosmik gücləri Türkiyə silahlı qüvvələrinin İdlibdəki komanda məntəqəsini atəşə tutan terrorçuların mövqelərinə 4 bomba zərbəsi endirib. Müdafiə Nazirliyinə istinadla, bu barədə «TASS» agentliyi xəbər verib.

Terrorçular iyunun 13-də atəş açmağa başlayıblar. Bundan sonra, Ankara öz hərbçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə Moskvadan kömək istəyib.

«Şəxsi heyətin həyatına təhlükə yaranması səbəbilə, Türkiyə komandanlığı Rusiyanın Suriyadakı barışdııcı Mərkəzinə müraciət edərək, terrorçuların mövqelərinə zərbə endirməyi istəyib» – deyə, Rusiya Müdafiə Nazirliyindən bildiriblər.