backend

Saatlıda pambıq sahəsində kütləvi ZƏHƏRLƏNMƏ - Rayon xəstəxanasında isə "gün vurub" deyirlər

Saatlıda pambıq sahəsində kütləvi ZƏHƏRLƏNMƏ - Rayon xəstəxanasında isə "gün vurub" deyirlər

Bölgə müxbirimiz Saatlıdan xəbər verir ki, rayonun Əhmədabad kəndində fermer Cəlil Süleymanov malqara ücün ayrılmış otlaq sahəsində pambıq əkdirib. Bu ilin 7 iyun tarixində ona məxsus pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 11 yerli sakin Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ehtimal olunur ki, pambıq tarlasında alaq otlarına qarşı kimyəvi maddə vurulub və 15 gündən sonra tarlaya girmək lazımmış, işçilər isə 3-4 gün sonra tarlaya giriblər və zəhərləniblər. Xəstəxanada isə zəhərlənənlərə günvurma diaqnozu qoyulub. Xatırladaq ki anoloji hal kecən il də baş vermişdi. Belə ki, Saatlıda pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıldı. Görünür həmin hadisənin acı aqibəti fermerlərə dərs olmayıb.

Xatırladaq ki, öhdəsində olan pambıq sahəsində zəhərlənmə hadisəsi baş verən fermer həm də rayon Arankredit Bankını müsiridir.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıqə.
Mövzunu diqqət mövqeyində saxlayacagıq.


Surxay CAHANGİR,
Bölgə müxbiri.

QAYMARXETT.AZ