Daha bir məktəbdə pul yığımı – Valideyn polisə müraciət edib

Təhsil 18-06-2019, 22:33
Daha bir məktəbdə pul yığımı – Valideyn polisə müraciət edib
Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Report”un xəbərinə görə, Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib. O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva “Report”a açıqlamasında qeyd edib ki, məktəbdə bir qrup valideyn və müəllimlər özbaşına hərəkətlər edirlər:

“Məktəbi idarə edirik və bütün problemlər vaxtında həll olunur. Məktəbin 9-cu sinif şagirdlərindən birinin valideyni mənə şifahi olaraq bildirmişdi ki, hansısa valideyn uşaqlardan pul yığaraq ekskursiyaya aparmaq istəyir. Mən isə ona cavabımda qeyd etdim ki, valideyn məktəbə məlumat vermirsə və sizinlə müəllim getmirsə, məsələyə qarışa bilmərəm. Siz özünüz icazə verirsinizsə, heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanlarının əməkdaşı bizə müraciət etdikdə, tərtib olunmuş aktı göstərdim ki, valideynlər və bir-iki müəllim ipə-sapa yatan deyillər. Ona görə də məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məktub yazmışıq”.
Oxunub: 326
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10