backend

Avropa Şurasına yeni baş katib seçilib



Avropa Şurasına yeni baş katib seçilib.

“Report”un Fransa bürosu xəbər verir ki, qurumun yeni baş katibi xorvatiyalı Mariya Peyçinoviç Buriç olub.

Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Peyçinoviç Buriç 159 səs, onun rəqibi – belçikalı Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq.