backend

"Mixail Saakaşvili və onun tərəfdarları kütləvi iğtişaşlara görə məsuliyyət daşıyır” - Gürcüstanın Baş naziri



Onlar vətəndaşlarımızın səmimi etirazından istifadə etməyə çalışdılar

“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun tərəfdarları iyunun 20-də ölkə parlamentinin binası qarşısında baş vermiş kütləvi iğtişaşlara görə məsuliyyət daşıyırlar”.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze jurnalistlərə açıqlamasında deyib.



“Keçmiş məhkum Saakaşvili və onun qrupu buna görə məsulliyyət daşıyırlar. Onlar vətəndaşlarımızın səmimi etirazından istifadə etməyə çalışdılar. Bu, yolverilməzdir”.

Xatırladaq ki, iyunun 20 - də Tbilisidə Parlament binasının qarşısında bir neçə min nümayişçi toplaşıb. Onlar Daxili İşlər Nazirinin və parlamentin spikerinin istefasını tələb edib və hücum etməyə çalışıblar. Buna cavab olaraq polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qaz, rezin güllə və su şırnağı tətbiq edib.

Gürcüstan KİV-in məlumatına görə, 240 nəfər yaralanıb, 305 nəfər etirazçı saxlanılıb, onlardan bəziləri növbəti gün azad edilib.

Baxtadze bildirib ki, mitinqlərdə iştiraka görə 12 gün həbs cəzasına məhkum olunmuş 121 nəfər azad edilib.

"Biz təşkilatçıların kütləvi iğtişaşlara cəlb etdikləri gəncləri müəyyənləşdirdik və qanunu pozmalarına baxmayaraq, prokurorluq onlar haqqında seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş etdi".

Yüzlərlə etirazçı xarici işlər naziri Georgi Qaxariyanın istefası tələbi ilə "Gürcü Arzusu" Partiyasının qurucusu və sədri Bidzina İvanişvilinin evinə yürüş edib.