backend

İranda İslam dünyasını ayağa qaldıracaq film

İranda İslam dünyasını ayağa qaldıracaq film























Filmdə peyğəmbərin rolunda aktyorun oynadılması indidən hiddətə səbəb olub.

İslam dünyasını ayağa qaldıran addım bu dəfə İranda atılıb.

qaynarxett.az modern.az-a istinadən xəbər verir ki, iranlı rejissor Məcid Məcidi peyğəmbər Həzrəti Məhəmmədin səsli və görüntülü olaraq təsvir ediləcəyi bir film çəkib.

Sərt reaksiyalarla üzləşən filmlə bağlı Livan müftisi Məhəmməd Əli Əl Cuzu deyib:

“Bu addım İranın İslamdan əvvəl mənimsədiyi bütpərəstlik günlərinə geri qayıdır”.

“Məhəmməd” adlı filmdə peyğəmbərimiz Həzrəti Məhəmmədin həyatından bəhs olunur. Filmdə peyğəmbərin rolunda aktyorun oynadılması indidən hiddətə səbəb olub. Livan müftisi Əl Cuzu sözügedən filmə təpki göstərərək bunun İslama təhqir olduğunu deyib. Sözügedən filmin İranın paytaxtı Tehranda 2015-ci ilin fevral ayında keçiriləcək Şəfəq Kino Festivalında nümayiş etdiriləcəyi bildirilir. Çəkilişlərində son mərhələyə gəlinən filmin bölgədəki şiə-sünni gərginliyini daha da artırmasından narahatlıq ifadə olunur.

Filmdə Həzrəti Məhəmmədin uşaqlığından söhbət gedir. Film İslam dünyasında Fil hadisəsi kimi tanınan (Əbrəhənin Kəbəni yıxmağa çalışdığı il) Həzrəti Məhəmmədin doğumu ilə başlayır.

Filmdə həmçinin, Həzrəti Məhəmmədin uşaqlığında mühüm yer tutan anası Aminə, süd anası Halimə, babası Abdülmuttalibə də geniş yer verilir. Həzrəti Məhəmmədin görüntülü və səsli bir şəkildə təmsil ediləcəyi film bu sahədə ilk olacaq. Ekranlarda nümayişinin başlamasının ardından İslam dünyasında, xüsusilə sünnilər arasında böyük reaksiyaya səbəb olacağı iddia edilir. Livan Müftisi Əl Cuzunun fikrincə, heç kim Həzrəti Məhəmmədin şəxsiyyətini əks etdirə və onun rolunu oynaya bilməz.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya kimi bir çox İslam ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olduğu barədə fətvalar var.