backend

MTRŞ-dan Şəbnəm Tapdığın müraciətinə cavab



Milli Televiziya və Radio Şurası (MTRŞ) Əməkdar artist Şəbnəm Tapdığın Nuşirəvan Məhərrəmliyə müraciəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında deyib ki, Ş.Tapdığın qaldırdığı bu iddia həqiqətən əsassızdır: “Niyə əsassızdır? O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.

Qeyd edək ki, Ş.Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. O, eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etməyi istəyib.