backend

Iranlı politoloq: "İran-Ermənistan arasında bağlanan hərbi protokol Azərbaycana aşkar xəyanətdir"



Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Ermənistan- Azərbaycan arasında münaqişənin davam etdiyi bir zamanda, İranın Ermənstanla hərbi müqavilə bağlaması heç bir halda Tehranın xeyrinə deyil . "İranın Ermənistanla bağladığı hərbi protokol Azərbaycana aşkar xəyanətdir"-deyə İran politoloqu Əlirza Nurizadə (Alireza Nourizadeh) bildirib.

İranın müdafiə naziri general Mustafa Nəccar noyabrın 7-də Ermənistana səfərində, iki ölkə arasında hərbi protokol imzalayıb. Hərbi protokolun, Ermənistan - Azərbaycan münaqişəsinin davam etdiyini nəzərə almadan bağlanmasının , İran - Azərbaycan münasibətlərinə xələl gətirəcəyi istisna olunmur.

Nurizadə noyabrın 9-da Londondan telefonla Trend ə bildirib ki, İran-Ermənistan müqaviləsinin bağlanması İranın öz zərərinədir."İran diplomatik və siyasi oyunları heç vaxt düz oynamayıb. Hazırda İrana, Qərbə qarşı mövqeyində, Azərbaycan kimi ölkənin dəstəyi lazimdir. İran prezidentinin oktyabrın 22-də Ermənistana səfəri də "hesablanmamış" bir hərəkət idi, nəticədə, prezident həmin səfərini yarımçıq qoyub, İrana qayıtmağa məcbur oldu."-deyə, İarnlı politoloq bildirib.

Nurizadənin fikrincə, ABŞ müdafiə nazirinin müavininin Azərbaycana səfərinin məqsədi də , Azərbaycanın İranla bağlı nigaranlığına son qoymaq olub.

ABŞ müdafiə nazirinin müavini fevral ayında Azərbaycana gələrək, Amerikanın Azərbaycanın təhlükəsizliyini qorumağa söz verdiyini bildirib və təhlükəsizlik layihəsini təqdim edib. Bu layihə, İran-Ermənistan arasında hərbi protokol bağlandıqdan sonra Azərbaycanın Milli Məclisi tərəfindən təsdiq olunub.

Nurizadə bildirib ki, "İran uğursuz və xəyanətkar diplomatiyası ilə özünü təcrid etməkdə davam edir. İran, böyük qardaş kimi, Ermənistan- Azərbaycan münaqişəsini həll edə bilərdi, amma hər zaman ermənilərin tərəfini saxlayaraq, bu münaqişəni şiddətləndirib.