backend

"BƏYAZ" LİDERİ HÜRRÜ ƏLİYEV CHP BAŞQANI KEMAL QILICDAROGLU İLƏ GÖRÜŞDÜ - Azərbaycana ÖNƏMLİ mesajlar....



Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladıb.

İlk olaraq Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu ilə Bəyaz Hərəkat başqanı Hürrü Əliyev arasında 40 dəqiqəlik geniş müzakirələrin aparıldığı görüş keçirilib.

Qaynarxett.az bildirir ki,görüş əsnasında daxili və xarici siyasət, Dağlıq Qarabağ mövzülarını öndə tutan Hürrü bəy Əliyev Türkiyənin açıq şəkildə iradəsini göstərməsinin mütləq olduğunu bildirib. Səmimi keçən görüşdə Kemal Kılıçdaroğlu Bəyaz Hərəkat və CHP əlaqələrinin daha da yaxınlaşacağını, iki təşilat arasında bütün sahələrdə siyasi-mədəni əlaqələrin genişləndiriləcəyini qeyd edib.

Görüşün sonunda Hürrü Əliyev Kemal Kılıçdaroğluna Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə edib. Kılıçdaroğlu isə öz növbəsində Atatürk adına Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni Hürrü Əliyevə təqdim edib.

Azərbaycanın milli problemlərinin həll olunmasında “Varlığımızla Sizinləyik” deyən CHP nümayəndələrinə xüsusi minnətdarlığını bildirən Hürrü Əliyev görüşdən yüksək razılığını bildirib.


"BƏYAZ" LİDERİ HÜRRÜ ƏLİYEV CHP BAŞQANI KEMAL QILICDAROGLU İLƏ GÖRÜŞDÜ - Azərbaycana ÖNƏMLİ mesajlar....