backend

Penitensiar xidmət: Leyla Yunus həbsxanada dava salır

Penitensiar xidmət: Leyla Yunus həbsxanada dava salır






















O, davranışına görə töhmət alıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın guya müəssisə əməkdaşları tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı mediada yayılan növbəti məlumata cavab olaraq bildirir ki, həmin xəbər əsassızdır.

qaynarxett.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.

O, bildirib ki, Leyla Yunusovanın və Şahıyeva Gülyaz adlı qadının saxlandığı otağa guya mülki geyimli bir neçə şəxsin daxil olması və təqsirləndirilən şəxsə qarşı təhqiredici hərəkətlərə yol verməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir:

“Belə ki, sözügedən mülki geyimli şəxslər Leyla Yunusovanın və onun vəkillərinin müraciətinə əsasən onun tibbi müayinəsi məqsədilə istintaq təcridxanasına dəvət edilmiş Səhiyyə Nazirliyinin müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri olub. Leyla Yunusova onları görən kimi guya təzyiqə məruz qaldığını deyərək yüksək səslə qışqırmağa başlayıb.

Daxili intizam qaydalarını kobud pozduğuna və həkimlərə qarşı qeyri-etik davranışına görə müəssisə rəhbərliyi tərəfindən töhmət alıb.

Məlumat üçün bildiririk ki, Leyla Yunusovaya həkimlərin baş çəkəcəyi haqda qabaqcadan məlumat verilib və onun həkimlərə qarşı hərəkətləri əvvəlcədən düşünülüb. Xatırladaq ki, təqsirləndirilən şəxs Leyla Yunusova əvvəllər də bu cür davranışlarla gündəmə gəlməyə cəhd göstərib. Xatırladaq ki, saxlanıldığı vaxt da o, polis əməkdaşlarına qarşı kobudluğa yol verib. Bu, Leyla Yunusovanın belə kobud hərəkətlərə meyilli olmağına dəlalət edir.

Penitensiar xidmət bir daha bildirir ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır”.

Qeyd edək ki, L.Yunus saxlandığı kameraya mülki şəxslərin daxil olaraq ona qarşı əxlaqsız davrandıqları haqqında məktub yazıb.