Azərbaycanda şadlıq evində müğənni üstündə QANLI DAVA

hadise 10-07-2019, 12:13


Füzuli rayonunda toyda dava-dalaş olub.

Publika.az xəbər verir ki, rayonun Bala Bəhmənli kəndində yerləşən "Elmin" şadlıq sarayında keçirilən toy mərasimində qonaq olan Quliyev Vüsal Tapdıq oğlu ilə həmyerlisi Abdullayev Elvin Səməd oğlu arasında münaqişə yaranıb. Bu zaman Vüsal Elvini şadlıq sarayının salonundan çölə çıxarıb. O, Elvin Abdullayevi kəllə ilə vurandan sonra yerdən götürdüyü daşlarla ona xəsarətlər yetirib. E.Abdullayevə rayon xəstəxanasında tibbi yardım göstərilib. İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Quliyevin bibisi oğlu müğənniliklə məşğuldur və şadlıq sarayının adminstratoru olan Elvin onu müğənnilik etməkdən kənarlaşdırıb. Bu səbəbdən də onlar arasında münaqişə yaranıb.
Oxunub: 76
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10