backend

İDARƏ RƏİSİNİN OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – Yaşadığı evin pəncərəsindən düşüb



Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovnik Əlaslan Ağayevin oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report”un məlumatına görə, Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.