“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

maraqli / Iqtisadiyyat 12-07-2019, 21:09
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

Azərbaycan mobil rabitə bazarında internet istifadəçiləri üçün sərfəli tarif sayılan “CavanNar”-a qoşulan abunəçilərin sayı sürətlə artmaqdadır. Belə ki, ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” istifadəçilərinin sayı son 1 ayda 18% artıb. Bununla da martın ortasından abunəçilərin ixtiyarına verilən “CavanNar” paketlərindən istifadə edənlərin sayı 50 minə yaxındır.

Qeyd edək ki, “CavanNar”-a qoşulmaqla “İnstagram”, “Facebook”, “Twitter” və “VKontakte” kimi sosial şəbəkə istifadəçiləri həm daha çox internetdən istifadə edə, həm də daha çox ünsiyyət qura bilirlər. “CavanNar” tarifi 2 müxtəlif paketdə təqdim olunur. “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edə bilir. “CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.

“CavanNar 9”-a qoşulmaq üçün “C9” yazıb 777-yə göndərmək və ya *777#9#YES yığmaq lazımdır. “CavanNar 6”-ya qoşulmaq üçün isə “C6” yazıb 777-yə göndərmək və ya *777#6#YES yığmaq kifayətdir.

Qeyd edək ki, “CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər.

“CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Oxunub: 100
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10