backend

Azərbaycanda qadına qarşı dəhşətli işgəncə

Azərbaycanda qadına qarşı dəhşətli işgəncə






















Həsənova azyaşlı uşaqlarının gözü qarşısında işgəncələrə məruz qalıb.

Azərbaycanda dəhşətli işgəncə faktı qeydə alınıb.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.

Salyan rayonunda anadan olan, hazırda Sumqayıt şəhərində yaşayan, 1982-ci il təvəllüdlü İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı Aynur Qadir qızı Həsənovanı döyüb. Daha sonra İ. Ələkbərov A. Həsənovanın əl-ayağını və ağzını yapışqanla bağlayaraq qaynar suyu onun başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə tökərək keçmiş həyat yoldaşına ağlasığmaz işgəncələr verib. Bütün bu hadisələr onların azyaşlı uşaqlarının gözü qarşısında baş verib.

Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən İ. Ələkbərov tutulub.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər bir müddət əvvəl boşanıblar. İ. Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.