ŞƏKİ XAN SARAYINDA BƏDBƏXT HADİSƏ – Yaralılar var + FOTO/VİDEOLAR

gundem / hadise 14-07-2019, 15:09


Bu gün səhər saatlarında Şəki xan sarayında dəhşətli hadisə nəticəsində yaralananlardan 4-nün vəziyyəti ağırdır. Bu barədə BakuPost-a Səhiyyə Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, FHN- nin helikopterləri hazırdır. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər.

Bundan əlavə paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar.
Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.
***
Şəki xan xarayında bədbəxt hadisə baş verib. Muzeyin həyətindəki iri çinar ağacının iri budaqlarından biri qırılaraq, turistlərin üzərinə düşüb.

Hadisə yerinə dərhal FHN və DİN əməkdaşları cəlb olunub. Xəsarət alanalar Şəki Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata əsasən, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində xəsarət alanlardan 5 nəfəri əcnəbi vətəndaş olduğu xəbəri yayılmışdı. Eyni zamanda ölənlərin olduğu bildirilirdi.

Ancaq Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir.

Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Hadisə Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində baş verib. İlkin məlumata görə, Ağacın qırılmasına ötən gündən başlayan yağışlı və qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilir.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə axar.az-a bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır: “Turizm agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar. Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.

Hazırda prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı Baş Prokurorluq və Mədəniyyət Nazirliyinin birgə açıqlaması olacaq.

Qeyd edək ki, Şəki Xan Sarayının həyətindəki çinar 1532-ci ildə əkilib, hündürlüyü 42 metrdir.




Oxunub: 78
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10