backend

Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ: İstanbul yerlə yeksan olacaq



Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutu son 1500 ilin bilgilərinə əsasən İstanbul və çevrəsində tarix boyu baş verən əhəmiyyətli zəlzələləri analiz edib.

Publika.az xəbər verir ki, mütəxəssislərin hazırladığı ssenariyə görə, İstanbulun cənubunda yerləşən Şimali Anadolu seysmik xəttində şərqdən qərbə doğru sıra ilə 7,5, 7,4 və 7,2 bal gücündə yeraltı təkanlar olacaq.

Ssenarinin hazırlanmasında Türkiyənin Boğaziçi, Ankara və İstanbul Texniki Universitetlərinin elm adamları iştirak edib. Araşdırmaya qatılan Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutu Geodeziya Şöbəsinin müəllimi professor Fatih Bulud analizdə seysmik xətlərin nə zaman qırıldığı, qırıldıqdan sonra nə qədər enerji topladığı və bu enerjinin tamamilə ortaya çıxdığı zaman zəlzələnin hansı böyüklükdə olması ilə bağlı nəticələr əldə etdiklərini deyib: “Geodezik bilgilərə görə, 250 il əvvəl qırılan seysmik xətt seqmenti ildə 1 sm-ə yaxın hərəkət edir. Hazırda hərəkətə keçsə, zəlzələ zamanı xətt üzərində ortalama 2,5 santimetrlik yerdəyişmə yaradacaq”.

Qeyd edək ki, məqalə “Tectonophysics” dərgisinin avqust 2019 sayında bütöv şəkildə yayımlanacaq.