backend

Gözlənilən an çatdı: ABŞ-dan İrana MÜHARİBƏ ELANI - Pentaqon PLANI VƏ HƏDƏFİ AÇIQLADI



ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizləşdirilməsi məqsədi ilə “Keşikçilər” adlı hərbi əməliyyatı hazırlayır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Mərkəzi komandanlığının bəyanatında deyilir.

Fars körfəzində əməliyyata hazırlıq Böyük Britaniya tankerinin ötən gün Hörmüz boğazında İran İslam İnqilabı Keşikçisilər Korpusu (SEPAH) tərəfindən tutulması fonunda başlanıb. Daha sonra məlum oldu ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısının vəzifələrini icra edən Riçard Spenser Yaxın Şərq regionunda “ABŞ-ın maraqlarının müdafiəsi” üçün Səudiyyə Ərəbistanına hərbi kontingentin göndərilməsini bəyənib. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkə ərazisində ABŞ-ın əlavə hərbi kontingentinin yerləşdirilməsinə hazır olduğunu bəyan edib.

“Keşikçilər” əməliyyatının hədəfi regionda gəmilərin təhlükəsiz keçidini təmin etməkdir.

Qeyd edək ki, Fars körfəzində və həmsərhəd rayonlarda vəziyyət son bir neçə ayda gözəçarpacaq dərəcədə kəskinləşib. İyunun ortalarında qonşu Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” tankerlərinə hücumlar edilib. Bəzi məlumatlara görə, onların göyərtəsində minalar partlayıb və nəticədə yanğın başlanıb. Lakin bunu rəsmi təsdiqi yoxdur. ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkə hücumlara görə İranı ittiham etsə də, Tehran ittihamları rədd edir.

Bunun ardınca İran hərbçiləri hava məkanını pozan Amerika pilotsuz təyyarəsinin vurulduğunu açıqladı. ABŞ-ın Mərkəzi komandanlığı isə pilotsuz təyyarənin beynəlxalq hava məkanında - Hörmüz boğazının üzərində vurulduğunu bildirdi.

Daha sonra, iyulun ortalarında xəbərlər çıxdı ki, Cəbəllütariqdə İran tankerinin tutulması fonunda İran hərbçiləri Hörmüz boğazında Britaniya gəmisinin tutmağa cəhd ediblər. Tehran bu iddiaları rədd etdi.

Ötən gün isə SEPAH Hörmuz boğazında saxlanılan İngiltərə neft tankerini saxlayıb. Press TV telekanalının məlumatına görə, qərar beynəlxalq gəmiçilik normalarının pozulmasına görə qəbul edilib.
“Stena Impero” tankerində 23 ekipaj üzvü var. İran ordusunun tankeri ələ keçirmək üçün çoxlu sayda katerlə hücum etdiyi iddia edilir.

Britaniyanın xarici işlər naziri Ceremi Hant "Sky News" nəşrinə müsahibəsində xəbərdarlıq edib ki, İran hökuməti Krallığa məxsus "Stena Impero" tankerini dərhal azad etməyəcəyi təqdirdə, bunun nəticələrinə qatlaşmalı olacaq. Lakin o, burada güc tətbiqi variantının nəzərdən keçirilmədiyini bildirib.

Onun sözlərinə görə, "Stena Impero" tankeri vertolyotun dəstəyi ilə dörd İran gəmisi tərəfindən mühasirəyə alınıb.

Hantın məlumatına görə, daha sonra tanker kursunu dəyişib və İranın ərazi sularına doğru istiqamət alıb.

"Mən bu gün axşam ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə vəziyyət barədə danışdım, İranın xarici işlər naziri Cavad Zərif ilə danışmağa cəhd göstərdim, lakin başa düşdüyüm qədəri ilə o, təyyarədə idi, odur ki, onunla ilk fürsətdəcə danışacağıq", - deyə XİN rəhbəri bildirib.

Hant qeyd edib ki, yaranmış vəziyyət qəbuledilməzdir və yaxın vaxtlarda hökumət üzvləri "Cobra"nın fövqəladə iclasında onu müzakirə edəcəklər.

"Vəziyyət dərhəl öz həllini tapmasa, ciddi nəticələri olacaq. Biz hərbi variantları nəzərdən keçirmirik, gəminin tezliklə azad edilməsi üçün diplomatik üsullar axtarırıq", - deyə nazir qeyd edib.