SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ HAL ƏHLİDİR?- KÜRDƏMİRDƏ

Sosial / Bolge 24-07-2019, 10:27


Dosye.org-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyevlə bağlı məlumat daxil olub.

Belə ki, xidmət rəisi vəzifə səlahiyyətlərindən sui istifadə edərək universitetdən xaric edilən tələbələri və digər gəncləri hərbi çağırışdan yayındırır. Məlumat üçün bildirək ki, adı hallanan qurum haqqında xoşagəlməz məlumatlar ölkə mətbuatına sızmağa başlayıb. Məlum məsələdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rəisləri öz şəxsi mənafeylərini güdməklə gənclərimizin gələcəyini sual altına atır.

Müharibə şəraitində yaşayan dövlətin gəncləri hərbi xidmətdən yayınırsa, deməli məsüliyyət birbaşa xidmət rəislərinin üzərindədir. Məhz fürsətdən istifadə edən xidmət rəisi Həbib Əliyev ələ düşən imkandan lazımınca yaralanır. Digər tərəfdən bir faktı söyləyə bilərik ki, xidmət rəislərinin qanunazidd əməllərinə göz yuman elə məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun özüdür.

Əlbətdə ki, generala yönələnən ittiham olduqca ağırdır və heç bir halda qəbul etməz. Əgər hörmətli general Arzu Rəhimov, yuxarıda qeyd etdiyimiz xidmət rəislərinin nöqsanlarından məlumatsızdırsa, deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. Yox, əgər nəlumatı varsa, deməli gənclərimizin həqiqi hərbi xidmətdən dolayısı yolla yayındırmağa özü rəhbərlik edir. Ötən yazılarımızda qeyd etmişdik ki, general haqqında ölkə mətbuatına məlumatlar ötürən şəxs hal-hazırda xidmət rəisidir.

Və bildirmişdik ki, “ALMA” restoranında jurnalistləri ətrafına toplayaraq generalı devirəcəyinə and içmişdir. Görünür, A. Rəhimovun ətrafında birləşən “xidmət rəisləri” iki hisəyə bölünür. Məsələnin ciddiliyinə nəzərə alaraq bildirmək istəyirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər mövcüddür. Çox istərdik ki, aidiyyətli qurumlara həyacan siqnalı verilsin və dərin araşdırmalara başlanılsın. Bizim araşdırmalarımız davam edir…
Oxunub: 237
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10