backend

Putini öldürmək istədilər – Şok planın üstü açıldı



Rusiya Prezidenti Vladimir Putinə qarşı hazırlanmış sui-qəsd planının üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Yekaterinburq şəhərində iki nəfərin iyulun 9-da Putinin keçdiyi yolun kənarında partlayıcı maddə yerləşdirdiyi bəlli olub.

Sverdlovsk vilayətinin polis idarəsinin mətbuat katibi Valeri Qorelixin açıqlamasına görə, bu olayda şübhəli bilinən iki nəfər təsbit edilərək, həbs edilib:

“Bunlar əvvəllər də məhkum olmuş şəxslərdir. Onlar spirtli içki qəbul edərkən bu yoldan keçən patrul xidmətinin əməkdaşlarının avtomobillərini görüblər. Əvvəllər polislər tərəfindən həbs edildikləri üçün onlardan qisas almaq qərarına gəliblər”.

Şübhəlilər isə istintaqa ifadəsində məqsədlərinin Putini öldürmək, yaxud polisdən intiqam almaq olmadığını, bunu polisin belə hallarda nə qədər operativ hərəkət etdiyini müəyyən etmək olduğunu iddia edib.