backend

Rövnəq Abdullayevə qarşı "Neftçi" təxribatı

Rövnəq Abdullayevə qarşı "Neftçi" təxribatı














"Neftçi"də maliyyə problemlərinin olması ilə bağlı məlumat vermişdik

Piasport.az xəbər verir ki, klub rəsmiləri mətbuata verdikləri qeyri-rəsmi açıqlamalarda bunu SOCAR-ın büdcəni azaltması ilə əlaqələndirib. Deyilənə görə, gələn il ölkəmizdə keçiriləcək I Avropa oyunlarının təkşkilinə böyük məbləğdə pullar xərcləndiyindən Dövlət Neft Şirkəti maliyyələşdirdiyi klubların büdcəsini azaldıb.
Bunun nə qədər həqiqəti əks etdirdiyini bilmirmirik. Fakt odu ki, "Neftçi"də maliyyə böhranı bir müddət əvvəldən yaranıb. Klubun transfer siyasətini dəyişməsi, bəzi bahalı futbolçuları ilə yollarını ayırması maliyyə problemlərinin göstəricisiidi. Bir neçə gün əvvəl də məlumat vermişdik ki, "Neftçi"nin futbolçuları və işçi heyəti artıq 3 aydı maaş ala bilmir. Hər dəfə pulunu istəyənlərə verilən vədlər isə yerinə yetirilmir. Üstəlik "Neftçi" bir çox mətbuat orqanı ilə reklam əməkdaşlığına da son qoyub. Bunun səbəbi isə maliyyə problemləri göstərilib.
Maraqlıdı ki, AFFA-nın və SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Neftçi"dəki maliyyə problemlərindən xəbərsizdi. Qurum rəhbəri dünən keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bununla bağlı danışıb: "Biz kluba hər il ödəniş edirik. Oradakı maliyyə problemləri bizimlə bağlı deyil. Mən onların maliyyə məsələsinə qarışmıram".
Rövnəq Abdullayevin bu açıqlamasından sonra "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də danışıb. Maraqlıdı ki, klub rəsmisi hər kəsin bildiyi faktı təkzib edib: "Neftçi"də heç bir maliyyə problemi yoxdu. Klubumuzun bütün üzvləri - futbolçular, məşqçi heyəti, texniki heyət, ümumilikdə kluba və komandaya aid hər kəsin məvacibi vaxtlı-vaxtında verilir. Ödəmələrdə heç bir gecikmə və ya çatışmazlıq yoxdu".
Rövnəq Abdullayevlə Gündüz Abbaszadənin açıqlaması "Neftçi"də hər şeyin qaydasında oduğunu deməyə əsas verir. Amma faktlar tam fərqli şeyləri göstərir. SOCAR pulu vaxtında verirsə, maaşlar, mətbuatın reklam ödəmələri niyə ödənmir? Dövlət Neft Şirkətinin klub üçün ayırdığı pullar hara gedir? "Neftçi"nin prezidenti Sadıq Sadıqov, vitse-prezidenti Elnur Məmmədov, elə həmin Gündüz Abbaszadə bu suallara da cavab versə yaxşı olar.