backend

Həbsxanada 52 məhbus öldü, 16-nın başı kəsildi - ŞOK



Braziliyanın şimalında yerləşən Papa ştatında həbsxanada qiyamın gedişatında 52 məhbus həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda statın penitensiar xidmətinə istinadən “Globo” portalı bildirib.

Bildirilir ki, qiyama səbəb iki kriminal qruplaşma arasındakı hesablaşma olub. Məlumatına görə, ölənlərdən 16-nın başı kəsilib.

Qiyam səhər saat 7-də başlanıb və günortaya qədər davam edib. Qiyam edən məhbuslar iki nəzarətçini girov götürüb. Nəzarətçilər sonradan azad edilib.