XƏYANƏT FACİƏSİ – İki nəfər intihar edib, 1 nəfərin qulaqları kəsilib

gundem / hadise 1-08-2019, 22:08


Beyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.

Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub. Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib.

Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə – həmkəndlisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözü gedən şəxslər arasında mübahisə olub. Mübahisə zəmnində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.

E.Elyarov xəstəxanaya çatdırılıb.

R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir
Oxunub: 202
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10