backend

ATAMBAYEV İSTİNTAQ ŞÖBƏSİNƏ APARILIB – Yenilənib

ATAMBAYEV İSTİNTAQ ŞÖBƏSİNƏ APARILIB – Yenilənib



Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparılıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, şöbədə A.Atambayevin əməlyyat zamanı hərbçilərin girov götürülməsi və Koy-Taş kəndində “Alfa” bölməsinin komandirinin müavininin öldürülməsi faktına görə dindirməsi gözlənilir.

***

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, özü təslim olub.

***

“Qırğızlar kolxoz sürüsündə qoyun deyil…”

Qırğızıstanın keçmiş prezidenti, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilən Almazbek Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını “özbaşınalıqları dayandırmağa” çağırıb.

Azadlıq” radiosunun qırğız xidməti xəbər verir ki, eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

“…Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, bespredeldir! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”,-keçmiş prezident bildirib.