backend

Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR Hadisə 11 A



Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobilinin toqquşması barədə müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.