backend

Bəyaz hərəkat təşkilat komitəsinin üzvü Həsən Bəy Qasımlıdan güney Azərbaycan milli oyanış hərəkatına (GAMOH) DƏSTƏK

Bəyaz hərəkat təşkilat komitəsinin üzvü Həsən Bəy Qasımlıdan güney Azərbaycan milli oyanış hərəkatına (GAMOH) DƏSTƏK

19 ildir ELÇİ BƏYin hüzurunda (məkan və gün fərqi yoxdu) çıxış edən, hesabat və söz verən, olsaydı olmazdı, olmasaydı olardı deyib mizan tarazlayan və pozan 10-larla siyasi xadimi, ziyalını, fərdləri izlədim, dinlədim...Və Çöhrəqanlı qədər BƏYə ruhu ilə bağlı, sevgisi ilə yanğılı, üzüntüsü ilə üzgün siyasi kimsəyə rast gəlmədim. 17 il öcə yazmışdım ki, "Mən elə bilirdim Bəy getdi daha, Mən elə bilirdim dağıldı dünya". Bəyə Bəyin özündən çox yanan Çöhrəqanlı ona mənəvi qardaş yanğısı ilə yanırdı. Mən əminəm ki, Çöhrəqanlının imkanı olsa bu yanğısı ilə Bəyə xayanət edənlərin dünyasına od vurub külə döndərərdi. Uzatmadan mətləbə keçirəm:

1. Elçi Bəy sevgisi ilə silahlanıb Çöhrəqanlını vurmaq olmaz, olarsa günahdı. İynənin ucu ilə yırtılmağa bənd olan saxta, ya da cahil sevgi pərdəsinə bürünsə də nifrətin mahiyyəti çılpaqdı.

2. Siz 14 ildi Çöhrəqanlının millət-vətən sevgisinə kölgə sala bilən bir sübut qoya bilmədiniz. Qarayaxma və ləkələmək fars-rus-erməni xislətidi.

3. Bu 14 ildə nə Azərbaycan, nə Türkiyə iqtidar olaraq cürət edib ortaya deportun səbəbini qoymadı.

4. Deyirsiniz Çöhrəqanlı Bütöv Azərbaycan istəmir və Bəyin ideyasının əleyhinədi. O zaman İranın, Azərbaycanın, Türkiyənin Çöhrəqanlı ilə davasının adı nədir, niyə? Bu suala cavab axtardınızmı?

5. Heydər Əliyev qədər cürətiniz olmadığına əminəm, o heç olmasa rusun-farsın qarşısında 2 ay tab gətirdi, siz Lavrovun zəngi ile öz övladınıza 2 gün sahib çıxa bilmədiyinizin fərqində deyilsiniz, ya bizi cahil hesab edirsiniz?

6. Ola bilər Çöhrəqanlı qəddar liderdi, amma adildi. Ola bilər Çöhrəqanlı qısqancdı, amma yaxşı əməllərin qısqancıdı. O özündən əvvəlki liderlərin kiçiyiyəm deyir. Amma onlardan üstün olmağa cəhd etməyini, can qoymagını, şəhidliyə ucalmaq istəyini alqışlamaq əvəzinə arxadan çamur atmağın adı nə?

Və sondan əvvəl olaraq:

Çöhrəqanlı bir partiya başqanı deyil ki,hər xırda səhvini təşviqləyib başqanlıq seçimində alternativliyimizi təqdim edib seçilək. Çöhrəqanlı bir hərəkat lideridi. Liderin də, ideyanın, hərəkatın mahiyyətini dəyişməyən səhvlərini (varsa belə) həşəratlar, bit-birələr, naqis və satılmışlar qaşıyar.
GAMOH sarvanı bəlli olan bir karvandı. TANRI bu karvanın yolunu nurlu, işıqlı, Sarvanını iradəli, sağlam və mübariz etsin!!!
Dünən yenə AVQUSTUN 22 -si idi.

Həsən Qasımov,
Bəyaz Hərəkat TK-nin üzvü.


Azerbaycanrealligi.com