Aydəm İsmayılovun itirib batırdığı “Green Park Azərbaycan“

gundem 2-08-2019, 18:26
Aydəm İsmayılovun itirib batırdığı “Green Park Azərbaycan“

İnam Kərimovun bəh-bəhlə yaratdığı qurumdan xəbər-ətər yoxdur

Bir il bundan öncə Kənd Təsərrüfatı Naziri İnam Kərimov nazirliyin tərkibində "Green Park Azərbaycan" MMC adı bir qurum yaratdı. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilirdi ki, yaradılan "Green Park Azərbaycan" MMC kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək. Cəmiyyət qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı tərəfindən idarə olunacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçiriləcək.

"Green Park Azərbaycan” MMC-nin ötən bir il ərzində hansı işlər gördüyü barədə heç bir məlumat yoxdur. Azərbaycanın kənd təsərrüfatı məhsullarını həm nəzəri, həm də praktiki olaraq dünya bazarına çıxarmalı olan müəssisə sanki kağız üzərində qalıb.

Maraqlıdır ki, ötən bir il ərzində Kənd Təsərrüfatı Nazirliyi "Green Park Azərbaycan” MMC-nin fəaliyyəti barədə, ümumiyyətlə şirkətin fəaliyyətinin hansı mərhələdə olması barədə cəmiyyətə, mediaya heç bir açıqlama verməyib. Ölkənin aqrar sektorunda, kənd təsərrüfatı məhsulları bazarında yaşanan xaos isə onu deməyə əsas verir ki, ötən bir il ərzində aqrar sektor inkişaf etməyib, əksinə, demək olar ki, bu sahə tam nəzarətdən çıxıb.
[img=left]https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/67815499_437940046796533_3200100202908221440_n.jpg?_nc_cat=101&_nc_oc=AQn3xJ3EeH9RgTEFhtb9MR8a-KwrPJZ_DWTTW-8tdXvPk13lRn93RRuX66naVQF_OSs&_nc_ht=scontent.fgyd6-1.fna&oh=bf896dfa0f680e0f00b50ad507e0e95f&oe=5DDCCF16[/img]
Məsələ budur ki, İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra nazirliyin tabeliyində islahatlar aparmaq məqsədilə yaratdığı (əksəriyyəti bir-birini təkrarlayan) agentliklər, mmc-lər real olaraq heç bir mexanizmə sahib deyil. Yeni yaranan qurumların işlək ola bilməməsinin əsas səbəblərindən biri isə bu müəssisələrə aqrar sahədə heç bir təcrübəsi olmayan, bu sahəyə tamamilə yad şəxslərin rəhbər təyin edilməsi oldu. Siyahıya diqqət etdikdə hətta "qaranlıq" keçmişə malik, adları bir çox qalmaqallarda hallanan şəxslərə də rast gəlmək olur.
Mövzunu daha da dəqiqləşdirərək elə yuxarıda adını çəkdiyimiz müəssisəni qeyd edə bilərik. Belə ki, "Green Park Azərbaycan” MMC 2018-ci ilin avqust ayında təsis edildikdən sonra İnam Kərimov bu müəssisəyə Zülfüqar Sadıqbəyli adlı şəxsi təyin etdi. Zülfüqar Sadıqbəylinin dövründə "Green Park Azərbaycan” MMC mətbuatın yaddaşında sadəcə bir neçə tender elanı verməklə qaldı.
Və 6 ay sonra 2019-cu ilin əvvəlində "Green Park Azərbaycan” MMC-nin rəhbərliyinə nazirliyin şöbə müdiri Aydəm İsmayılov gətirilidi. Onu da qeyd edək ki, Aydəm İsmayılovu Kənd Təsərrüfatı nazirliyində şöbə müdiri vəzifəsinə İnam Kərimov təyin etmişdi. Ölkə mətbuatında müxtəlif qalmaqallarda adı keçən və ittiham edilən bir şəxsin qəfildən Kənd Təsərrüfatı nazirliyində şöbə müdiri vəzifəsinə təyin edilməsi o zaman birmənalı qarşılanmamışdı.



AzFakt.com-un əldə etdiyi məlumatda vurğulanır ki, sonradan nazirlik içərisində baş alıb gedən intriqa oyunları və sonrakı təyinatlar onu deməyə əsas verir ki, Aydəm İsmayılovun Kənd Təsərrüfatı nazirliyinin strukturuna heç də İnam Kərimovun iradəsi və istəyi ilə gəlməyib.

İnam Kərimovun yanlış siyasəti nəticəsində bu gün ölkə bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətləri "od tutub" yanır. Ölkə mətbuatı, siyasətçilər, millət vəkilləri, hətta iqtidarın yuxarı dairələrində vəzifə tutan məmurlar belə qiymətlərin bahalaşamasını açıq şəkildə tənqid etməklə bərabər KTN naziri İnam Kərimovu hədəfə alırlar. Əlbəttə ki, müəyyən mənada da haqlıdırlar...

Aksiomadır ki, hər hansı bir qurumun, fərqi yoxdur istehsalat və yaxud elmi sahə olsun, inkişafı həmin qurumun rəhbərinin bacarığı, təşkilatçılığı ilə inkişaf edir. Ələlxüsus da biznesyönümlü təşkilatlarda rəhbər şəxsin düzgün olması, qaranlıq keçmişə malik olmaması vacibdir. Texnologiyanın inkişaf etdiyi bir dünyada yaşayırıq. İndi istənilən şəxs haqqında məlumat öyrənmək sadəcə 5-10 dəqiqə vaxt aparır. İndi təsəvvür edin: "Green Park Azərbaycan” MMC Yaponiyadan müasir texnoloji avadanlıqlar almaq istəyir. Bunun üçün hansısa yapon firması ilə danışıqlar aparmaq istəyir. İndi o yapon firmasının rəhbəri "Green Park Azərbaycan” MMC-nin direktoru barədə "google"də oxuduğu məlumatlardan sonra neyləməlidi? Və yaxud rus, türk, iran şirkətləri...

[img=left]https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/67629176_346268236263343_1655535989382184960_n.jpg?_nc_cat=110&_nc_oc=AQmYdeApfx1vfORbEO03oCKlBxGvVPio7MEBbxtjNi4SPAJuRM9Ixex7ksw9Ydufbr8&_nc_ht=scontent.fgyd6-1.fna&oh=6bc1338f2dde5920fd7f85acf3bdfce2&oe=5DA5D8B5[/img]

Qətiyyən inandırıcı deyil ki, "Asan Xidmət" kimi nümunəvi bir sistemin yaranmasında imzası olan Kənd Təsərrüfatı naziri bizim yazdıqlarımızı bilməmiş olmasın. O zaman sual olunur, axi niyə ölkənin aqrar sektoru bu qədər riskə atılır? Niyə təcrübəsiz, bu sahəyə yad, qalmaqallı keçmişləri olan şəxslərə ciddi vəzifələr verilir? Bəyəm İnam Kərimov bu təyinatların onun imicinə kölgə saldığının fərqində deyil?! "MTN" hadisələrinin episentrində olan bir şəxs Kənd Təsərrüfatı nazirliyinə hansı uğuru gətirə bilər?

AzFakt.com-un əldə etdiyi digər məlumatda isə Aydəm İsmayılovun "Green Park Azərbaycan” MMC-yə topladıqları şəxslərin içərisində də qalmaqallı, qaranlıq keçmişə malik insanlar var. Bu əlbəttə ki, artıq aqrar sektor üçün, daha doğrusu bu sahənin inkişafına cavabdeh olan şəxslər üçün həyəcan siqnalıdır. Yaxın zamanlarda Kənd Təsərrüfatı nazirliyi "Green Park Azərbaycan” MMC-də ciddi kadr dəyişiklikləri aparmasa aqrar sahədə daha ağır mənzərə ilə üzləşməli olacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxunub: 13
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10