211 № Məktəbin Direktoru Həcər Mahmudova Kimə Belə Güvənir?

Sosial / Təhsil 30-08-2019, 23:57
211 № Məktəbin Direktoru Həcər Mahmudova Kimə Belə Güvənir?

Azərbaycan Respublikası 26.08.2019-cu il tarixində ümumtəhsil üzrə müəssisələrdə məktəbəqədər təhsil üzrə 5 yaşı tamam olan və 2014-cu ildə anadan olan uşaqların elektron qeydiyyatına start verilib.

XəbərAl.az-ın məlumatına görə,Elektron qeydiyyat səhər saat 09:00-da başlamalı olduğu halda, saat 12:00-da başlamışdir. Lakin, sistem keyfiyyətsiz və düzgün işləmədiyindən valideyinlər uşaqları qeydiyyata sala bilməyiblər. Misal üçün Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayonda yerləşən 211 sayli tam orta məktəbin rus bölməsinə uşaq qəbul edilməsi mümkün olmayıb. Belə ki, qeydiyyatdan keçən valideyinlər rus bölməsi üzrə uşaqlarına müəllimə seçə bilməyiblər. Müəllimənin seçilməsi bölməsi işləməyib. Amma Azərbaycan bölməsi üzrə müəllimə seçimi işləyib. Rus bölməsi üzrə isə hər il olduğu kimi işləməyib. Bu problemi Bakı səhəri üzrə Təhsil idarəsi ilə 211 saylı tam orta məktəbin yeni təyin olunan direktoru Həcər Mahmudova əlbir olaraq özbaşınalıq yaradır. Belə ki, nəticədə valideyinlər rus bölməsi üçün yalvarmalı olurlar va onlardan hörmət tələb olunur. Bundan əlavə direktor Həcər xanim 5-ci mikrorayon ərazisində yerləşən orta məktəbə ərazi va rayon aidiyyatını pozaraq Xırdalandan, Masazırdan, Hökməlidən və sair aidiyyatı olmayan arazilərdən müəyyən hörmət nəticəsində uşaq qəbul edir. Nəticədə mikrorayon uşaqları evlərinin yanında olan məktəbə qəbul ola bilmirlər. Əgər prokurorluq orqanı yoxlama aparsa müəyyən olarki məktəbin 60% kənar ərazidan gələn şagirdlərdi. Bu süni problemi yaradan direktor Həcər xanim barədə və bu işdə əlbir olan Bakı şəhəri üzrə Təhsil idarəsinin müəyyən əməkdaşları barədə ciddi araşdırma aparılmalıdır və qanunsuz əməllərinə son qoyulmalıdır.
Oxunub: 421
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10