backend

Xırdalan “Qumarxanalar şəhəri”nə çevrilir

Xırdalan “Qumarxanalar şəhəri”nə çevrilir































Abşeronun “paytaxtı” Xırdalan şəhərində qanunla qadağan edilmiş oyunlar sürətlə yayılmağa başlayıb

Məlumata görə, əsasən çay evləri adı ilə fəaliyyət göstərən obyektlərdə loto oyunları həyata keçirilir.

Bu ilin ortalarından etibarən çoxalmağa başlayan belə obyektlərin əksəriyyətinin sahibləri yerli məmurlardır. Sakinlərin bildirdiyinə görə, Xırdalandakı əksər çay evləri və çayxanalarda açıq şəkildə oynanılan loto oyununa görə, kimsə onlara bir söz demir.

Xatırladaq ki, Xırdalan şəhərində son illər qumarxanaların fəaliyyəti geniş şəkil alıb. Son bir ildə polisin bununla bağlı keçirdiyi reydlərdə əsasən 3 rayonun adı çəkilir. Onlardan biri Abşeron, ikincisi Yasamal, üçüncüsü isə Səbayeldir. Qumarxanaların bu rayonlarda niyə geniş yayıldığının səbəbi isə məlum deyil.