İlk dərs günü, ilk zəng... - Biləcəridəki 284 nömrəli tam orta məktəbdən FOTOSESSİYA

gundem / maraqli / Təhsil 16-09-2019, 22:04


Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayıb. Belə ki, ölkənin məktəblərində tədris ilinin ilk dərs günü sentyabrın 16-na, yəni bu günə təsadüf edib.

Qaynarxett.az-ın əməkdaşı tədris ilinin ilk dərs günündə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli tam orta məktəbə baş çəkib. Şagirdləri salamlayan məktəbin direktoru Nazimi Novruzov birincilərə və digər şagirdlərə, onların valideynlərinə bu önəmli və zəhmətli yolda uğurla addımlamağı, onlara gələcəkdə Azərbaycan xalqına layiq övlad olmağı arzulayıb.

... Baki şəhəri Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəb 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2018-2019-cu tədris ilində məktəbdə çalışan müəllimlərin sayı 159 nəfər (bunlardan 2 nəfər elmlər namizədi ), təhsil alan şagirdlərin sayı isə 2945 nəfər təşkil edir. Məktəbimizdə GÇH kabineti, kimya, fizika, biologiya laboratoriyaları, 2 böyük idman zalı şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin fərdi qazanxanası mövcuddur. Həmçinin bir bufet, həkim otağı, 150 nəfərlik müasir akt zalı, tədris emalatxanaları, kitabxanası vardır. Məktəbimizdə bir günüuzaldılmış qrup, 4 məktəbə hazırlıq qrupları ,"Gənc riyaziyyatçılar", şahmat və özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Məktəb 2 növbəlidir. Məktəbimiz rus dilinin intensiv tədrisi layihəsi tətbiq olunan tədris ocaqlarından biridir. Məktəbimiz hal-hazırda "Gələcəyini Qur","Su ,sanitariya və Gigiyena","Məktəblinin Dostu" layihələrinin iştirakçısıdir.

Tədris ilində məktəbə ilk addımlarını atacaq birinciləri sinif rəhbərləri qarşılayaraq, onların dərs keçəcəyi otaqlara yerləşdiriblər. Biz də birincilərin ilk dərsini izləmək imkanı qazandıq.

Sinif rəhbəri Solmaz xanım Yusifova bizi gülərüz qarşılayaraq, şagirdlər qədər özünün də həyəcanlı və məsuliyyətli olmaqla yanaşı, sevincli olduğunu dilə gətirib. Birincilərin sinif otaqlarına nəzər yetirdikdə diqqətimizi çəkən məqam şagirdlərin sakitliyi oldu. Əvvəlki illərdə birincilərin ilk dərs günlərini narahatlıqla, bir çox hallarda ağlamaqla keçirdiyini nəzərə alsaq, bu sakitlik, balacaların bir-birilərilə ünsiyyətə başlamaları diqqətimizi çəkdi. Sinif rəhbəri Solmaz xanım Yusifova ilk dərs ilini gözəl hazırlanmış slayd-göstəriciləriylə balacaların diqqətini ilk gündən dərsə sevgiylə yanaşmaga cəlb etməyi bacardı. Təcrübəli pedaqoq gözəl tərtibatda hazırlanmış möhtəşəm sinif otagını birincilərin şer, idman və bilik qabiliyyətlərini yoxlayaraq əsl yarış meydanına çevirdi. Təkcə birincilər deyil, bununla yanaşı valideyinlər də sevinc və həyacanlı anlar yaşadılar. Bu gözəl tərtibat və təqdimat üçün
valideynlər Solmaz xanıma öz minnətdarlıqlarını bildirdilər.


Biz də Qaynarxett.az olaraq ilk dərs günü münasibəti ilə bütün birinciləri və digər şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq!



[center]
Oxunub: 1 555
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 


ILK-10