Prezidentin mitinqində dəhşətli partlayış, çox sayda ölü və yaralı var - DÜNYA ŞOKDA (YENİLƏNDİ)

hadise / Dunya 17-09-2019, 22:55


Pərvan əyalətinin Cəngəl Bağ bölgəsində Əfqanıstan prezidenti Əşrəf Qaninin seçki mitinqi zamanı törədilən və 24 nəfərin ölümünə, 31 nəfərin yaralanmasına səbəb olan hücumu Taliban qruplaşması öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, yaralıların sayının artacağı gözlənilir.

***

12:40

Əfqanıstan prezidenti Əşrəf Qaninin qatıldığı mitinqə bombalı hücum təşkil olunub.

Publika.az xəbər verir ki, səlahiyyətli şəxslər hücumun Pərvan əyalətinin Cəngəl Bağ bölgəsində mitinq üçün toplaşan qələbəliyin arasında gerçəkləşdiyini bildirib.

“Tolo News” kanalının ilkin məlumatına görə, hücum zamanı 24 nəfər həlak olub, 31 yaralı var.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayış Qaninin çıxışına başlayacağı anda baş verib. Hadisə zamanı prezident xəsarət almayıb. Onun komandası mitinqi davam etdirməyə qərar verib.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabr 2019-a təyin edilib. Bundan əvvəl seçkilərin iyulun 20-də keçiriləcəyi planlaşdırılırdı.

Əşrəf Qani 2014-cü ildən bəri Əfqanıstan prezidentidir. Konstitusiyaya görə, dövlət başçısı ikinci müddətə təkrar seçilmək imkanı ilə 5 il müddətinə seçilir.
Oxunub: 1 416
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 


ILK-10