“RUSİYA SƏBRLİ TƏCAVÜZKARDIR” – “Nə qədər ki, Amerika ordusu burdadır…”

gundem / Siyasət / Dunya 18-09-2019, 20:54

Azərbaycana sırınmış və 25 ildir davam edən «axmaq diplomatiya»

Polşanın müdafiə nazirinin sabiq müavini, siyasətçi, professor Romuald Şeremetyev əmindir ki, Rusiya «səbrli təcavüzkar» olub, indi də elədir və özünün böyük güc planlarından əl çəkəsi deyil.

“AzPolitika”-nın məlumatına görə, sabiq nazir «Tygodnik Solidarnosc» nəşrinə verdiyi müsahibədə bəyan edib ki, Rusiya silahlı qüvvələrinin intensiv təlimləri onun sözlərini təsdiqləyir. Ancaq hələlik ciddi-cəhdlə hazırlaşmaqda olduğu müharibəyə başlamaq üçün Moskvanın imkanları olmayıb.

Bu yaxınlarda Kiyevlə Moskva arasında əsirlərin (məhbusların) dəyişdirilməsi iki ölkə arasında münasibətlərin normallaşması kimi görünsə də, sabiq nazir (o, həm də hərbi incəsənət Akademiyasının əməkdaşıdır) əmindir ki, Rusiya təcavüzkar olaraq qalmaqda davam edir və belə siyasəti gələcəkdə də davam etdirəcək. Müsahibədə o, bəyan edib ki, Rusiya silahlı qüvvələrinin maraqlı hərbi təlimləri onu göstərir ki, onlar müharibəyə hazırlaşırlar, ancaq hələlik onu başlamaq imkanları olmayıb.

«Mən, çox dəfə demişəm ki, Rusiya – səbrli təcavüzkardır. O, təcavüzkar olub və gələcəkdə də belə siyasətini yeridəcək. Onun hücum etməyə can atması – daimi amildir. Mübahisəsizdir ki, Rusiya eyni vaxtda səbrli ola və bütün sahələrdə, o cümlədən, siyasət və təbliğat-təşviqat sahələrində mötədilliyini saxlaya bilir. Bunlar Rusiya üçün daha əhəmiyyətlidir. Mən hərbi fəaliyyətdən danışıram…» – Şeremetyev bəyan edib.

Eks-nazir həm də əlavə edib ki, Moskva hələ ki, Ukraynaya soxulmayıb, nədən ki, Ukrayna dövlətini qəsb etmək üçün hələ ki, münasib siyasi şərait yoxdur. Ancaq yaddan çıxartmaq lazım deyil ki, Ukraynaya yönəlik örtülü müharibə ixtiyari anda açıq münaqişəyə çevrilə bilər və bundan sonra Ukrayna dövləti mövcudluğunu itirəcək.

Şeremetyevin fikrincə, Rusiya özünün tarixi siyasətini yeridir və İkinci Dünya Müharibəsinin başlanması obrazını yaratmağa çalışır. Onun bu addımları lazımi qədər uğurlu görünür. Ancaq Polşa buna qarşı efektlə dayanır.

«Yalan özünə heç olmasa doğrunun hansısa elementlərini birləşdirməlidir. Rusiyanın danışdıqlarının isə sadəcə, reallıqla heç bir əlaqəsi yoxdur. O, maksimum bunu edə bilər ki, müharibənin başlanması barədə susar…
Mümkündür ki, Polşa olmasaydı, rusiyalılar böyük uğurlar qazana bilərdilər. Belə ki, Polşa həqiqətin keşiyində dayanır və özünün tarixi siyasətini yeridir. Həm də bu zaman Moskvadan asılı deyil. Tarixi saxtalaşdırmaq, faktları gizlətmək mümkün deyil – bu sferada Rusiyanın şansı «yox» qədərdir» – deyə, polşalı hərbçi əlavə edib.

Şeremeyev onu da əlavə edib ki, Polşa və Baltikyanı ölkələr Rusiya ilə mümkün müharibəyə hazır deyillər, amma şərait elə deyil ki, Rusiya müharibəyə başlamaq qərarına gəlsin.

«Biz, NATO-dayıq, həm də amerikalılar var və onlar bizdə öz mövqelərini möhkəmlədirlər – bu, yaxşıdır. Məsələ ondadır ki, bizim müttəfiqlərimiz Polşanı müdafiə etmək üçün nə qədər maraqlıdırlar ki, ölkənin mövcudluğu davam etsin? Xoşbəxtlikdən, amerikalılar üçün bizim ölkəmiz çox vacibdir. Nə qədər ki, burada Amerika ordusu yerləşir, biz ümid edə bilərik ki, Rusiya bu istiqamətdə zərbə endirməyəcək. Amma özünün böyük güc planlarından o, istənilən halda imtina etməyəcək» – deyə, Şeremetyev söhbətə yekun vurub.

Bütün bunlardan çıxış edərək, əminliklə söyləmək olar ki, Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsində Azərbaycan tərəfin Rusiyanın mərhəmətinə və ya köməyinə ümid bəsləməsi ən azı, axmaqlıqdan başqa bir şey olmazdı – 25 ildir davam edən «axmaq diplomatiya» bunu əyani surətdə ortaya qoyur…


AzPolitika.info
Oxunub: 1 297
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 


ILK-10