backend

Ziyarətgahı girov qoyub kredit götürmək istədi

Ziyarətgahı girov qoyub kredit götürmək istədi


















Müştəri həmin vəsaitlə ferma yaratmaq fikrinə düşüb

“Qulaqburması”na xəbər veriblər ki, rayonların birində ziyarətgahlardan birini girov qoyaraq, kredit götürmək istəyiblər. Həmin məlumatda deyilir ki, kredit üçün müraciət edənlər ziyarətgahın girov qoyulması müqabilində 300 min manat pul istəyiblər. Onlar pulun pirin təmiri üçün alındığına dair sənədləşdirmə aparılmasını istəyiblər.

Lakin məlum olub ki, bu vəsaitlə ferma yaradılması və sex açılması nəzərdə tutulub. Ölmədik bu günü də gördük. Hələ ziyarətgahı girov qoymaq istəyənlər onun aylıq gəlirini də göstəriblərmiş. Pirin aylıq gəliri kimi 5000 manat göstərilib.