Azərbaycanda cibgir "iş başında" tutuldu - Video

maraqli / hadise 6-10-2019, 21:16


Avtobuslarda cibgirlik yolu ilə oğurluq edən şəxs tutulub.
"Yeni Sabah" "Xəzər TV"yə istinadən xəbər verir ki, Hadisə Suraxanı rayonunda baş verib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yanuş Miraşniçenko elə sərnişin avtobusunda oğurluq edən zaman iş başında saxlanılıb. Qeyd edək ki, həmin şəxs bir qadının çantasından pul oğurlayıb hadisə yerindən qaçmağa çalışıb. Bu zaman zərərçəkən hadisədən xəbər tutub və yaranan səs-küydən sonra hadisə yerinin yaxınlığında xidmət aparan polis əməkdaşları Yanuş Miraşniçenkonu saxlaya biliblər.

Polis araşdırma apararkən müəyyən edib ki, Yanuş Miraşniçenko ictimai nəqliyyatda günün pik saatlarındakı sıxlıqdan istifadə edib belə əməllər dəfələrlə törədib. Onun barəsindəəməliyyat-istintaq tədbirləri hələ davam etdirilir.

Mingəçevirdə isə iki qadın paltar mağazasından oğurluq edib. Hadisə şəhərin bazarındakı qadın paltarı satılan mağazalardan birində baş verib. Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına da düşüb. Görüntüdən aydınolur ki, bir qədər yaşlı olan qadın əvvəlcə ətəklərə baxır. Əlində selofan torba olan digər qadın isə özünü güya mobil telefonla danışırmış kimi göstərək ətrafa nəzarət edir. O, heç kimin gəlmədiyini görən kimi sellofan torbanın ağzını açır və digər qadın isə ətəkləri içinə qoyur. Daha sonra vitrindəki mallara baxan hər iki şəxs mağazadan çıxırlar. Zərərçəkmiş mağaza sahibi Valeh Əliyev iddia edir ki, hər iki qadın oradan dəfələrlə oğurluq edib və ona təxminən 1000 manatdan çox ziyan dəyib. Hadisə ilə bağlı polisə də məlumat verilib.


Oxunub: 431
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10