backend

KÜRDƏMİRDƏ pambıq yığımı davam edir - Gündə orta hesabla 200 ton



Prezident cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.

QAYNARXETT.AZ: Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Kürdəmir rayonunda əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilmişdir.
Hazırda rayonda pambıq yığımı sürətlə davam etdirilir. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 4090 tondan artıq məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilmişdir.

Cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. İlk gündən yığıma mütəşəkkil hazırlıqla başlanılıb. Hazırda hər gün məhsul yığımına 2 min nəfərədək işçi qüvvəsi çıxır, tarlalardan orta hesabla 200 ton pambıq toplanır. Pambıq yığımına xeyli sayda kombayn da cəlb olunub.
Rayonun əksər ərazilərində, o cümlədən Muradxan, Carlı, Topalhəsənli, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində bol məhsul yetişdirilib. Hər yerdə ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın tez və itkisiz toplanması üçün ciddi səy göstərilir.

Qaynarxett.az