backend

"Gələndən ancaq pul yığmaqla məşğuldur" - 42 saylı körpələr evi-uşaq bağçasında NƏLƏR BAŞ VERİR

"Gələndən ancaq pul yığmaqla məşğuldur" - 42 saylı körpələr evi-uşaq bağçasında NƏLƏR BAŞ VERİR

Qaynarxett.az xəbər verir ki, Nərimanov rayonunda yerləşən 42 saylı körpələr evi-uşaq bağçasının müdiri Nurlana Axunzadədən redaksiyanın ünvanına şikayət daxil olub. Şikayətci olan valideyn deyib:
"Müdirə bağçaya gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir”.

Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın” demək hansı pedaqogikaya sığır?!

Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:

"O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər".

Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün 42 saylı bağçanın müdiri Nurlana Axunzadə ilə əlaqə saxlamaga calışsaq da telefon zənglərimizi acan tapılmadı.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq


Qaynarxett.az