Oqtay Şirəliyevin Şəkidə rüşvət obyekti: pullu analizlər, firma dərmanları – VİDEOFAKT

gundem / Sosial / Arasdirma / redaktor 22-11-2019, 12:10
Oqtay Şirəliyevin Şəkidə rüşvət obyekti: pullu analizlər, firma dərmanları – VİDEOFAKT

Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Şəki rayonundan cumhuriyyet.az-a göndərilən videoda da eyni hal müşahidə olunur. Görüntülər Şəki Mərkəzi Xəstəxanasının köhnə binasında yerləşdirilən labaratoriyada çəkilib. Burda analizlərin tariflərinin hansı meyarlara əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç bir xəstəxanada qiymət lövhələri asılmır. Göndərişlə gələn xəstələr isə analizləri aparan həkimin söylədiyi məbləği ödəmək məcburiyyətindədirlər. Kaddrlarda Cəmilə adlı tibb işçisi xəstədən müayinənin haqqını sözün həqiqi mənasında çığırda-çığirda alr. Üstəlik xəstəyə firma dərmanlarının keyfiyyəti ilə bağlı tövsiyyə olunur.

Musayev Vüqar Rəcəb oğlu



Oxunub: 168
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10