backend

316 nömrəli orta məktəbdə "KÖHNƏ HAMAM-KÖHNƏ TAS" - Direktorun başı seckiyə qarışıb

316 nömrəli orta məktəbdə "KÖHNƏ HAMAM-KÖHNƏ TAS" - Direktorun başı seckiyə qarışıb

316 nömrəli tam orta məktəb 2007 - ci ildən fəaliyyət göstərir. Məktəbdə 1478 nəfər şagird kontingenti mövcuddur. Məktəb 2006-cü ildə inşa olunmuşdur. Avadanlıqla təchiz edilmiş laboratoriyalar, informatika otaqları, idman zalı və akt zalı fəaliyyət göstərir. Məktəbin TQDK üzrə göstəriciləri yüksək olmuşdur. Hər il 40-50% məktəb məzunları ali məktəbə qəbul olur. Amma bu naliyyətlərin pərdəarxası baş verənlər görülən işlərə kölgə salmaqdadır.

Qaynarxett.az bildirir ki, bir müddət öncəyə qədər 89 nömrəli tam orta məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini kimi işləyən Gülnarə Əkbərova hec bir il tamam olmayıb ki, 316 nömrəli tam orta məktəbə direktor təyin edilib. Bu az müddət ərzində təssüflər olsun ki, sözügedən təhsil müəssisəsində mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub.

Belə ki, hazırda 316 nömrəli orta məktəbdə təlim-tədris prosesinin nəzərəçarpacaq dərəcədə zəiflədiyini, neqativ halların çoxaldığını vurğulayan məlumatlı şəxsin bölüşdüyü informasiyada deyilir ki, bütün bunlara görə məsuliyyət məhz Gülnarə Əkbərovanın üzərinə düşür: «Etiraf etmək lazımdır ki, bu gün ölkənin bir çox təhsil ocaqlarında filan məsələ üçün filan qədər pul yığılması hallarına rast gəlinir. Həmin təhsil ocaqlarından biri də Gülnarə Əkbərovanın direktoru olduğu 316 saylı orta məktəbdir. Gülnarə Əkbərova məktəbin keçmiş direktorunun "əməllərini" davam etdirməklə məşguldur.
Bu gün Azərbaycan təhsilində müəllim haqqlarının kobud şəkildə pozulması azmış kimi valideynlər isə kobud bəhanələrlə soyulmağa başlanılıb. Anası ölmüş Nəsiminin dərisin soydular, bu qədər səsi çıxmadı, amma valideynlərin necə cibini soyurlarsa tədris illinin bu iki ayında validenlər ölkə rəhbəri İlham Əliyevdən və Təhsil nazirindən imdad diləyir."

Qaynarxett.az bu məktəbdə baş verən qanunsuzluqlardan, vətəndaşlar tərəfindən daxil olan şikayətlərə münasibət öyrənmək üçün məktəb rəhbərliyi ilə telefon əlaqəsi yaratmağa çalışıb. Son zamanlar məktəblə bağlı artan şikayətlərlə əlaqədar sualımızı Gülnarə Əkbərovanın "köməkçisi" cavabsız qoydu və bildirdi ki, direktor məktəbdə deyil, bələdiyyə seckilərilə baglı başı qarışıqdır. Nə isə...

Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin də mövdeyini dərc etməyə hazırıq.


Qaynarxett.az